Belarusda prezident seçkiləri keçirilir

9 Avqust 2020 09:25 (UTC+04:00)

Belarusda prezident seçkilərində seçki məntəqələri bu gün saat 08:00-da açılıb və saat 20:00-dək fəaliyyətlərini davam edəcəklər. "Belta" nın verdiyi məlumata görə, seçkilərdə 5767 seçki məntəqəsi yaradılıb.

Tənəffüs yoluxucu infeksiyaların (COVID-19 daxil olmaqla) yayılmasının qarşısını almaq üçün seçicilərə məntəqəyə daxil olarkən şəxsi qoruyucu vasitələr (maska, əlcək) geyinmək tövsiyə olunur.

6 844 932 vətəndaş seçici siyahılarına daxil edilib.