Kanadada tornado iki nəfərin ölümünə səbəb olub

9 Avqust 2020 05:07 (UTC+04:00)

Kanadanın Virden şəhərində (Manitoba əyaləti) formalaşan tornado iki nəfərin ölümünə səbəb olub, daha bir nəfər isə xəsarət alıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, insident avqustun 7-si axşam saatlarında baş verib. Ölən şəxslərin 18 yaşı olub.

Məlumata əsasən, onların cəsədləri deformasiyaya uğramış avtomobildə aşkar olunub. Ciddi xəsarətlər alan şəxsin 54-ü yaşı olub, xilasedicilər onu deformasiyaya uğramış avtomobildən çıxarıblar.