Sumqayıtda avtomobil iki piyadanı vurub

9 Avqust 2020 02:43 (UTC+04:00)

Sumqayıtda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb.

"Opel" markalı avtomobil yolu keçmək istəyən 2 piyadanı vurub. Qəza nəticəsində 1997-ci il təvəllüdlü Quliyev Sabir Hüseyn oğlu və 1998-ci il təvəllüdlü Fərzəliyev Elnur Nizami oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.