Pakistanda koronavirusa ümumi yoluxanların sayı 283,5 min nəfərə çatıb

9 Avqust 2020 03:42 (UTC+04:00)

Son gündə Pakistanda koronavirusa 842 nəfər yoluxub və ümumi yoluxanların sayı 283 min 487 nəfərə çatıb.

SİA Pakistan mətbuatına istinadla xəbər verir ki, son 24 saatda 11 xəstə ölüb və vəfat edənlərin sayı 6 min 68 nəfər olub.

Xəstəxanalarda 17 min 815 nəfərin müalicə aldığı bildirilir. 801 xəstə ağır vəziyyətdədir.