Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 872 nəfər yoluxub

9 Avqust 2020 07:31 (UTC+04:00)

Qazaxıstan ötən sutka ərzində yeni növ koronavirusa daha 872 nəfər yoluxub.

SİA-nın "Kazinform"a istinadən verdiyi məlumata görə, yoluxma hallarının 428-i simptomsuzdur.

Aşkarlnan yeni yoluxma halları Nur Sultan (174), Almatı (151), Çimkənd (24) şəhərlərində, Akmolinsk (39), Aktyubinsk (10), Almatı (23), Atırau (41), Şərqi-Qazaxıstan (78), Jambıl (30), Qərbi-Qazaxıstan (55), Karaqanda (90), Kostanay (30), Qızılorda (6), Mnqistausk (29), Pavlodar (26), Şimali-Qazaxıstan (40), Türküstan (26) vilayətlərində qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 98 701 nəfər çatıb.