Beyrutda baş verən toqquşmalarda xəsarət alanların sayı 728 nəfərə çatıb

9 Avqust 2020 07:00 (UTC+04:00)

Livanın paytaxtı Beyrutda etirazçılar və təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda xəsarət alanların sayı 728 nəfərə çatıb.

SİA xəbər verir ki, “Al Jazeera” telekanalı məlumat yayıb.

Bundan əvvəl 70-i polis əməkdaşları olmaqla 490 nəfərin xəsarət aldığı bildirilmişdi.