Tovuzda həyat yoldaşı tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb

8 Avqust 2020 22:31 (UTC+04:00)
Tovuzda həyat yoldaşı tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb. SİA-nın məlumatına görə, 30 yaşlı Rəqsanə Məmmədova həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, hadisə dünən rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Qətli törətməkdə təqsirli bilinən 1986-cı il təvəllüdlü Məmmədəliyev Malik Şahmar oğlu tutulub. Faktla bağlı araşdırma aparılır