Şahbaz Muradov Prezidentin fəxri diplomu ilə təltif edilib

8 Avqust 2020 14:51 (UTC+04:00)

Şahbaz Musa oğlu Muradov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.