Təcili tibbi yardım və çağırışlara gedən həkimlərimiz arasında ölüm halı çox olub

8 Avqust 2020 12:24 (UTC+04:00)

“Koronavirusdan vəfat edən tibb işçilərinin xatirəsi bizim üçün əzizdir”. SİA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, onların içərisində koronavirus xəstəxanalarında çalışan tibb işçilərinin sayı çox az olub: “Daha çox təcili tibbi yardım mərkəzlərində çalışan və çağırışlara gedən həkimlərimiz arasında ölüm halları çox olub. Bizim üçün bütün xəstələr eynidir. Müalicə protokollarında xəstəliyin ağırlıq dərəcəsi əsas götürülür. Sadəcə həkimlər xəstələrlə daha çox təmasda olduğu üçün virus yükü daha çox olur. Həm də müşahidə etmişik ki, həkimlər xəstəliyi daha ağır keçirir”.