Növbəti brifinq tədris məsələlərinə həsr olunacaq

8 Avqust 2020 12:06 (UTC+04:00)

“İki həftədir, tədrislə bağlı məsələ müzakirə edilir. Bütün dünya ölkələrinin təcrübəsi öyrənilir”. SİA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ qərargahın birifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi -Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, problem odur ki, vəziyyət çox dinamikdir: “Bu gün əlimizdə olan rəqəmlər əsasında hansısa qərar qəbul etsək, iki həftə sonra bu rəqəmlər dəyişə bilər. Növbəti brifinq tədris məsələlərinə həsr olunacaq. Bu zaman tədrislə bağlı bütün suallara aydınlıq gətiriləcək”.