Maliyyə dəstək paketi vergi ödəyicilərinə şamil olunur

8 Avqust 2020 12:06 (UTC+04:00)

"Maliyyə dəstək paketi vergi ödəyicilərinə şamil olunur. Hansılar ki, vergi öhdəliklərini həyata keçirir və işçi ixtisarına yol verməyib. 250 manat maddi dəstək isə fərdi və mikro sahibkarlara şamil olunur". SİA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.

O bildirib ki, maliyyə dəstək paketi 29 mindən çox sahibkarlıq sahəsində 215 min işçini əhatə edir: "Fərdi və mikro sahibkarlara ediləcək dəstək üzrə isə 107 min şəxsi əhatə edən 65,6 milyon manat dəstək göstərilməsi nəzərdə tutulub".