Yaqut Qarayeva: "Həkimlər məzuniyyət götürə bilər"

8 Avqust 2020 11:52 (UTC+04:00)

"Əmək müqaviləsinə əsasən həkimlər məzuniyyət götürə bilər. Lakin, hazırda hətta təqaüddə olan həkimlər belə lazım olduqda işə cəlb oluna bilər". Bunu Operativ Qərargahın brifinqində TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

O, bildirib ki, hazırda ən çox istirahətə ehtiyacı olanlar həkimlərdir: "Təbii ki, bunlar nəzərdə tutulub və həyata keçirilə bilər".