"Nəqliyyatda sıxlığın aradan qaldırılması üçün işlər görülür"

8 Avqust 2020 11:36 (UTC+04:00)

"Təbii ki, nəqliyyatda sıxlıq var. Günlük 600 min sərnişin daşıyan metronun bağlanması da avtobuslarda sıxlığın yaranmasına səbəb olur. Bunun qarşısını almaq üçün böyük işlər görülür". SİA-nın verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

O, bildirib ki, mümkün qədər daha çox avtobusların marşrut xətlərinə cəlb olunması prosesi gedir: "Palanlaşdırılır ki, qarajlarda bir dənə belə avtobus qalmasın və sıxlıq yaranan yerlərə daha çox avtobuslar cəlb edilsin. Eyni zamanda müəyyən sıxlıq yaranan pik saatlar mövcuddur. Səhər 10-11 radələrində və axşam saatlarında bu yaşanır. İnsanlardan xahiş edirik ki, evdən çıxarkən işlərini elə planlaşdırsınlar ki, həmin pik saatlara düşməsinlər".