Erməni hayasızlığı sərhədd tanımır TƏHLİL

8 Avqust 2020 11:30 (UTC+04:00)

Bu vaxta qədər ermənilərin qonşu dövlətlərə məxsus torpaqları özününküləşdirmək siyasəti, ümumiyyətlə haradansa bir ovuc torpaq qoparmaq iddiası artıq dünya ictimaiyyətinə bəllidir. İllərdir Azrbaycanın əzəli torpaqlarını - Dağlıq Qarabağı işğalda saxlayan Ermənistan, əslində ondan da bir qədər əvvəl qamarladığı, rus qardaşlarının köməyi ilə ələ keçirdiyi indiki Ermənistanın da sahibi deyil və həmin torpaqlar da ermənilərin özününküləşdirmək siyasətinin, qoparmaq ideologiyasının, qamarlamaq fəlsəfəsinin məhsuludur.

Bir zaman, daha dəqiq desək ötən əsrin 80-ci illərində desəydilər ki, Dağlıq Qarabağı ermənilər özününkü eləmək üçün dünyaya səs salacaq və haq-nahaq dirəşəcəklər ki, həmin torpaqlar onlara məxsusdur, hər kəsi qəhqəhəli gülmək tutardı. Desəydilər ki, qlobal miqyasda da bu məsələni müzakirəyə çıxarıb həmin torpaqların onlara məxsus olduğunu sübut etməyə qalxacaqlar, lap bişmiş toyuğun da gülməyi gələrdi. Amma desəydilər ki, bu yekəlikdə beynəlxalq təşkilatlar 30 il bu absurd iddialar qarşısında aciz qalacaqlar, baş sındıracaqlar, erməni həyasızlığına cavab tapa, yaxud cavab verə bilməyəcəklər, hətta bəzi təşkilatların nümayəndələri erməninin həyasız istəklərini dəstəkləyəcək, adamların gözləri də bərələrdi.

Heç şübhəsiz ki, erməninin belə torpaq iddiası əbəs yerə deyil və heç zaman məkanı, vətəni olmayan köçəri tayfalar üçün hansısa ərazilərə sahib olmaq nə böyüklükdə xüslyadır, onu bizdən də yaxşı elə özləri bilərlər. Çünki, bizim belə bir qayğımız, problemimiz olmayıb və tarixi Azərbaycan torpaqları idikindən də dəfələrlə böyük olub və öz varlığını da tarix boyu təsdiqləyib. Nə yalançı mənbələrə ehtiyacı olmayıb, nə də özününküləşdirmək, qoparmaq, qamarlamaq üçün saxtalaşdırmağa.

Harada bir işıq ucu boyda ümid yeri hiss elədikləri təqdirdə həmin istiqamətdə fəaliyyətə başlayan ermənilər hər şeyin ermənilərə məxsus olduğu iddiası ilə çıxış edirlərsə, bu, həm də bəlli xəstəliyin əlamətidir. Amma etiraf edək ki, hər hansı xəstəliyin bir əlaməti, bir simptomu olduğu halda erməni xəstəliyini təkcə torpaq qamarlamaq simtomu ilə xarakterizə etmək mümkün deyil. Barəsində xalq deyə dilim gəlməyən bu tayfanın mətbəximizə də, müsiqimizə də, mədəniyyətimizə də əl üzatması, qamarlamaq istəyi təsdiq edir ki, bu tayfanın xəstəlik simptomları saymaqla bitən deyil.

Məsələ burasındadır ki, erməni xəstəliyi sərhədd də tanımır. Yəni bunların xəstəlikləri elə Ermənistanla məhdudlaşsaydı, canları cəhənnəm. Amma iş ondadır ki, bu xəstəlik daşıyıcıları əvvəla bütün dünyaya yayılıblar, digər rətəfdən də öz xəstəlikləri ilə bütün dünyanı zəhərləməkdə davam edirlər. Dünya gücləri, beynəlxalq təşkilatlar tərəfindən iynəsi vurulub müalicə olunmadığı üçün bu erməni xəstəliyinin simptomları da dərinləşir, hansı ki, biz buna həyasızlıq deyirik, eyni zamanda bu xəstəlik daşıyıcıları öz xəstəliklərini elə həmin təşkilatların parlamentarilərinə də yoluxdururlar. Amma dünyanın gərdişini hesaba almayan, erməni xəstəliyinə, həyasızlığına müşahidəçi mövqedən baxan ən iri beynəlxalq təşkilatlar başa düşməlidirlər ki, bu xəstəliyin təsirləri onları mütləq öz əhatəsinə alacaq. Pizza qülləsinin, Kollizeyin, Misir Piramidalarının, Böyük Çin səddinin, dünyanın tanınmım maddi mədəniyyət abidələrinə də ermənilər iddialı olsalar, bəlkə də artıq çoxdan iddialıdırlar və bunu bəyan da ediblər, heç kim təəccüblənməsin.

Amanın günüdür, nə vaxtsa ermənilər dahi Aleksandr Dümanın əsərindəki Dartanyanın erməni əsilli olduğunu desələr, bəlkə də artıq deyiblər, yenə də heç kim şoka düşməsin. Onlar bu obrazda, Dartanyan obrazında heç olmasa bir “yan” kimi sonluq görüblər və kor tutduğunu buraxmadığı kimi də buraxmırlar. Amma heç ağlım kəsmir ki, ermənilər Fransız aktyoru Lyu De Fünesə də erməni desələr insanlıq şoka düşməyə. Bu həyasız erməni bar-bar bağırır ki, sən demə Fünes özü də erməni imiş, amma bu bədbəxt ermənilərin bundan hələ də xəbəri yox. Hələ bir ermənilər deyirlər ki, Lyu De Fünes özü də erməni olduğunu böyüş nostalji ilə qarşılayırmış. Guya məşhur Fransız aktyorunun, dahi komik obrazların müəllifinin evində qulluqçu kimi işləyən bir erməni qadın onun özünün də, evladlarının da, xanımının da ermənilər barədə, onların olmayan mədəniyyətləti, kələ-kötür dili ilə necə maraqlandığının şahidi olub. Nəticədə isə aydınlaşdırıb ki, sən demə guya Lyu De Fünesin nənəsi erməni imiş və məhz erməni sevgisi də bu akytorda ona görə imiş. Bu artıq erməni xəstəliyinin, həyasızlığının son həddidir və təsdiq edir ki, erməni hayasızlığı sərhədd tanımır.

Bu rakursdan yanaşaraq onu da diqqətə çadırmaq istərdik ki, öncə də qeyd etdiyimiz kimi, özününküləşdirmək kimi həyasızlığı məqbul hesab edən ermənilər nə vaxtsa elə həmin o beynəlxalq təşkilatların parlamentarilərini, hətta rəhbərlərini belə erməni əsilli olaraq dünyaya təqdim etsələr heç də çaşıb qalmasınlar.