Ermənistanda koronavirusa yoluxanların sayı 40 min nəfəri keçdi

8 Avqust 2020 11:28 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 40 185 nəfərə çatıb.

Erməni KİV-lərinin verdiyi məlumata görə, son sutka ərzində 200 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 8 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 785 nəfər koronavirusdan ölüb, 6 777 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.