"İnsanları evdə saxlamaq bizə ziyandır, amma..."

8 Avqust 2020 11:28 (UTC+04:00)

"Belə vəziyyətdə hökuməti günahlandırmaq olmaz. Hökumət əlindən gələni edir. Bizim məqsədimiz insanları evdə saxlamaq deyil. Bu bizə çox ziyandır". SİA-nın verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Ş.Mövsümov bildirib ki, şəhərimiz hələ kafe və restoranlar belə fəaliyyət göstərmədiyi halda bu qədər çox insan var artıq: "Bu cür sıxlıqları yaratmaq olmaz. Məsafə saxlamaq və masqa taxmaq lazımdır. Belə davam etsə biz qapanmalara gedəcəyik".