"Rayonlara gediş-gəlişin bərpası planlaşdırılır" Şahmar Mövsümov

8 Avqust 2020 11:22 (UTC+04:00)

"Növbəti həftələr ərzində kafe və restoranların açıq bölməsində fəaliyyətin bərpa olunması gündəmdədir, bu müzakirə olunur". SİA-nın verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Ş.Mövsümov bildirib ki, sonrakı həftədə isə rayonlararası gediş-gəlişin reallaşması müzakirə olunur: :Lakin bu yalnız hazırkı müsbət dinamikanı saxlaya bilsək, mümkün olacaq və bu açılışlara gedə biləcəyik. Lakin müsbət dinamikanı qoruyub saxlamaq mümkün olmasa, biz bu addımları ata bilməyəcəyik".