Şahmar Mövsümov: "Addım-addım yumşalmalara gediləcək"

8 Avqust 2020 11:08 (UTC+04:00)

"Tədricən aparılan açılmalar bir çox ölkənin təcrübəsinə uyğundur. Buna uyğu olaraq addım-addım yumşalmalara gediləcək. Bu zaman yoluxmaların artması da mümkündür. Çox böyük ehtimal ki, bu baş verəcək". SİA-nın verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Ş.Mövsümov bildirib ki, bizim əsas məqsədimiz isə virusun yoluxmasının sürətini aşağı salmaqdır: "Bunun üç əsas istiqaməti var: Birinci istiqamət, karantin rejiminin çox sadə qaydalarına riayət etmək. İkinci istiqamət isə həmin tələblərə nəzarətin həyata keçirilməsidir. Üçüncü istiqamət isə yoluxanların erkən təyin edilməsi və təcrid olunmasıdır. Bu üç istiqamət əsasında biz virusun yayılmasının artmasının qarşısını ala bilərik".