Türkiyədə son sutkada 15 nəfər COVİD-dan dünyasını dəyişib

8 Avqust 2020 00:31 (UTC+04:00)

Türkiyədə son 24 saat ərzində daha 15 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

SİA xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 813 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 185 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 238 450 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 221 574 nəfər təşkil edir.