Türkiyənin Bitlis vilayətində 4,6 bal gücündə bir zəlzələ olub

8 Avqust 2020 02:30 (UTC+04:00)

Türkiyənin Bitlis vilayətinin Hizan rayonunda 4,6 bal gücündə bir zəlzələ olub.

SİA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələ yerin 6,99 kilometr dərinliyində baş verib.