“Hizbullah” lideri Beyrutdakı partlayışla heç bir əlaqələrinin olmadığını bildirib

8 Avqust 2020 08:46 (UTC+04:00)

“Hizbullah” lideri Həsən Nəsrullah rəhbərlik etdiyi təşkilatın Beyrut dəniz limanında baş vermiş partlayışla heç bir əlaqələrinin olmadığını bildirib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Şiə qruplaşmasının rəhbəri sözügedən limanın ərazisindəki anbarda onlara məxsus heç bir silah-sursat və ya maddi sübut olmayıb.

O, partlayışı törədənlərin harada olduqlarından asılı olmayaraq, aşkar edilib cəzalandırılacağına ümid etdiyini söyləyib.