Hindistana məxsus “Boeing 737” sərnişin təyyarəsi qəza enişi edib - Ölü sayı artır

8 Avqust 2020 01:25 (UTC+04:00)

Hindistanın "Air India Express" hava yollarına məxsus "Boeing 737" sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində 20 nəfər ölüb, 140 nəfər xəsarət alıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Hindistanın Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə Təcili Tibbi Yardım briqadası və yanğınsöndürənlər cəlb edilib.

"Flightradar24" xəbər portalının məlumatına görə, qəza enişi edən "Boeing 737" Hindistana Dubaydan (BƏƏ) uçuş həyata keçirib. Təyyarə Hindistanın Kerala ştatının Kəlkətə hava limanına eniş edərkən uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb. SİA-nın "Economic Times" saytına istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində 174 sərnişin və 6 uçuş heyəti üzvü olub. Təyyarənin əlverişsiz hava şəraitində eniş etdiyi bildirilir.

Qeyd edək ki, uçuş pandemiya zamanı Hindistan vətəndaşlarının xaricdən qayıtması proqramı çərçivəsində həyata keçirilib. "Airfleets" portalı təyyarənin 13 il əvvəl istehsal edildiyini açıqlayıb.