Bakı-Quba yolunda böyük tıxac yaranıb - FOTOLAR

7 Avqust 2020 21:56 (UTC+04:00)

Bu dəqiqələrdə Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində kilometrlərlə uzanan tıxac yaranlb. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, səbəbi bilinməyən tıxac sərnişinlərin və sürücülərin ciddi narazılığına səbəb olub.

Qeyd edilib ki, pandemiya ilə əlaqədar rayonlardan Bakıya və paytaxtdan rayonlara getmək istəyənlər çox olduğundan belə tıxac yaranıb. Halbuki, hər kəs rayonlara gediş-gəlişin hələ də məhdudiyyətlərlə olduğunu bilir. Sürücülər isə tıxacın əsasən polis əməkdaşlarının hərəkəti lazımi səviyyədə tənzimləyə bilmədiyindən qaynaqlandığını səbəb kimi göstərirlər.