Toxuculuq, geyim və ayaqqabı sahələrində 55,6 milyon manatlıq məhsul istehsal edilib

7 Avqust 2020 17:14 (UTC+04:00)

Bu ilin altı ayında paytaxtın toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 55,6 milyon manat dəyərində məhsul istehsal edilib. SİA xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə toxuculuq sənayesində 7,4 faiz, geyim istehsalında 44,6 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 1,7 faiz azalma müşahidə olunub.