Qida məhsullarının istehsalı artıb

7 Avqust 2020 16:49 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında Bakının qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 669,9 milyon manat dəyərində məhsul istehsal edilib.

SİA xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 8,4 faiz artım, içki istehsalında 6,2 faiz, tütün məmulatlarının istehsalında isə 49,9 faiz azalma müşahidə olunub. Bu sahələrin əsas məhsullarından kolbasa məmulatları istehsalı 70,5 faiz, şirin peçenye istehsalı 2,3 dəfə, qida üçün yararlı olan duz istehsalı 7,2 faiz artıb.