“Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi hər kəsə rədd cavabı verdi” "Joxovurd" qəzeti yazır

7 Avqust 2020 16:24 (UTC+04:00)

"2016-cı ilin aprel döyüşlərindən fərqli olaraq, bu il Ermənistan-Azərbaycan sərhədində eskalasiya zamanı, ictimaiyyət sərhəddə baş çəkən məmurları və onların əsgərlərlə selfi çəkməsini görmədilər və indi vəziyyət tamamilə fərqlidir". SİA xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazır.

Qəzetin yazdığına görə, sərhədlərin gərginləşməsindən sonra bir sıra deputatlar, rəsmilər, iş adamları, tanınmış şəxslər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyana sərhədə getmək istədiklərini bildiriblər, lakin rədd cavabı alıblar.

Nəşrin əldə etdiyi məlumata görə, Silahlı Qüvvələrin rəhbərliyi açıq şəkildə bildirib ki, sərhəddə getmək və əsgərlərlə ünsiyyət qurmağı məqsədəuyğun hesab etmir", deyə qəzet yazır.