Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır - ŞƏRH ÖZƏL

7 Avqust 2020 16:24 (UTC+04:00)

"Azərbaycanın dünyanı bürümüş COVİD-19 pandemiyasına qarşı qabaqlayıcı tədbirlər düşünürəm ki, vaxtında görülüb. Statistika da onu göstərir ki, Azərbaycandakı vəziyyət dünya miqyasında digər dövlətlərə nəzər salsaq qənaətbəxş hesab etmək olar. Pandemiyanın yayıldığı ilk dövrlərdə Avropanın qabaqcıl dövlətlərində ağır itkilərlə nəticələndiyi halda, Azərbaycan hökumətinin qəbul etdiyi qərarlar ölkəmizdə xəstəliyin və xəstələnənlərin kritik rəqəmlərə yaxınlaşmasına imkan vermədi. Bu gün cənab prezident İlham Əliyevin göstərişinə əsasən ölkədə 46 xəstəxana tam olaraq koronavirsusla mübarizə üçün ayrılıb. Qeyd etmək istərdim ki, həmin xəstəxanalar ən müasir avadanlıqlarla təchiz olunub. Son zamanlar da ölkəmizə yeni növ təcili tibbi yardım avtomobillərinin gətirilməsi, koronovairsula mübarizədə yorulmadan çalışan və xidmət göstərən həkim və tibbi personalın əmək haqqlarının beş mislinin artırılması onu göstərir ki, ölkə başçısı vəziyyəti bilavasitə öz nəzarətində saxlayır". Bunu SİA-ya açıqlamasında YAP Gənclər Birliyi Siyasi Şuranın üzvü, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Fərid Nəsibov deyib.

Onun sözlərinə görə, keçirilmiş müşavirədə də qeyd olundu ki, vaxtında atılmış addımlar və həkimlərimizin yorulmadan çalışması xəstəliyin qarşısın xeyli sayda alıb və sevinidirici haldır ki, son günlər xəstəliyin inkişaf dinamikası müsbətə doğru dəyişir: "Vətəndaşların sağlamlığı ölkə başçısı, cənab prezident İlham Əliyev üçün birinci və öndə duran əsas məsələdir. Nəzərə almalıyıq ki, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, pandemiyanın böyük sürətlə yayılmasına baxmayaraq aparılan sosial-iqtisadi layihələrin heç biri nə təxirə salınıb, nə də ixtisar edilib. Əksinə 2020-ci ildə görülmüş sosial layihələr rekord səviyyəyə çatıb. Demək olar ki, ilin əvvəlindən etibarən 5 milyon insana dövlət qayğısı göstərilib və bu davam etdirilir. 9 yüz min insan dövlət sektorundan əmək haqqı alır, 760 min insana maliyyə dəstəyi göstərilib, altı yüz min işsiz və aztəminatlı vətəndaşlara isə müavinətlər verilir. Həmçinin xüsusilə qeyd etmək istərdim ki, yeddi mindən çox köçkün ailəsi, bir min beş yüz şəhid ailəsi və Qarabağ müharibəsi əlilləri, dörd yüz hərbçilər yeni və müasir mənzillərlə təmin ediləcək. Ümumilikdə doqquz minə yaxın ailə yeni tikilmiş mənzillərlə təmin olunacaqlar".

Gənc siyasətçi bildirib ki, bu çətin bir dövrdə, dünya ölkələrinin bir-birinə dəstək olduğu, həmrəy olduqları halda mənfur qonşularımızın iyulun 12-də növbəti çirkin təxribatlarına ordumuz tərəfindən sərt və sarsıdıcı cavab verilib: "Dinc əhaliyə dəymiş maddi və mənəvi ziyan dərhal aradan qaldırılıb. Bir məsələni də qeyd etmək istərdim ki, ölkənin iqtisadi vəziyyətinin, büdcənin müzakirəsi, “Biznesə Dəstək” layihələri və digər bu kimi addımları postpandemiya dövrünə hazırlıq kimi qiymətləndirmək lazımdır. Halbuki postpandemiyanın nə zaman olacağı isə bəlli deyil. Çünki, bir il dünya iqtisadiyyatı dayandığı halda, ölkələr arasında mübadilə ciddi şəkildə və kəskin sayda azaldığı bir fonda ölkənin iqtisadi durumunun stabilliyini və inkişafını təmin etmək çox çətindir, bu hətta bəzi dövlətlərdə ciddi problemlərə belə gətirib çıxardıb".

F.Nəsibov vurğulayıb ki, postpandemiya dövrü iqtisadiyyata dəyə biləcək növbəti zərbə və COVİD-19-un “davamı” kimi də qiymətləndirmək olar: "Lakin, ölkə başçısı cənab prezident İlham Əliyevin sosial-iqtisadi məsələlərə xüsusi diqqət ayırması, müşavirənin keçirilməsi, verdiyi tapşırıq və sərəncamlar ona əsas verir ki, ölkəmiz postpandemiya dövrünü də sakit, iqtisadiyyatda şok effekti yaşamadan və əmin amanlıq içərisində keçəcəyinə zəmanət verir. Çağırışlara, tapşırıqlara və ən əsası ətrafımıza qarşı biganə qalmayaq. Biz birlikdə güclüyük!".