Neftçalada Kürdə batan gəncin meyiti tapılıb

7 Avqust 2020 15:40 (UTC+04:00)

Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlunun axtarışları başa çatıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən SİA-ya məlumat verilib.

X.Salayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.