Rusiyada koronavirusa yoluxanların sayı 877 mini keçib

7 Avqust 2020 14:18 (UTC+04:00)

Rusiyada koronavirusa yoluxanların sayı 877 min nəfəri keçib. Ölkədə son sutka ərzində 5 241 nəfər virusa yoluxub, 119 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 877 135 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 14 725 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 683 592 nəfər virusdan sağalıb, 178 818 nəfərin müalicəsi isə davam edir.