Sumqayıtdakı yanğında yaralanlar Bakıya gətirilib

7 Avqust 2020 13:15 (UTC+04:00)

Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda baş verən yanğında 7 nəfər xəsarət alıb.

SİA-nın məlumatına görə, yaralılardan 6-ı Bakıya gətirilib. Biri isə Sumqayıtda Təcili Tibbi Xəstəxanasına yerləşdirilib.