Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb

7 Avqust 2020 11:05 (UTC+04:00)

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir. SİA-nın məlumatına görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib.

Deputatlar“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihələrini 3-cü oxunuşda müzakirə edəcək.