Su anbarında 2 nəfər qayıqda köməksiz qalıb

7 Avqust 2020 10:50 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində Şəmkirçay su anbarında 2 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən SİA-ya daxil olan məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək.