Bill Qeytsdən qorxulu proqnoz - Koronadan daha təhlükəli

7 Avqust 2020 10:04 (UTC+04:00)

Koronavirus pandemiyası nə qədər çətin olsa da, iqlim dəyişikliyi daha pis nəticələrə gətirib çıxara bilər. SİA-nın məlumatına görə, bu barədə "Mikrosoft"un qurucusu Bill Qeytsin proqnozunda bildirilib.

Qeytsin fikrinə görə, fəlakətdən qaçmaq üçün atmosferə istixana qazlarının tullantılarının miqdarını əhəmiyyətli dərəcədə azaltmaq lazımdır.