Azərbaycanlı iş adamı Rusiyanın ən zəngin milyarderinə çevrilib

7 Avqust 2020 09:52 (UTC+04:00)

Azərbaycanlı iş adamı Süleyman Kərimov Rusiyanın ən zəngin milyarderinə çevrilib. SİA “Forbes” jurnalına istinadla xəbər verir ki, Vladimir Potanin Rusiyanın ən zəngin sahibkarları siyahısında birinciliyini itirərək, yerini Süleyman Kərimovun ailəsinə verib. Ekspertlərin hesablamalarına görə, ötən günlə müqayisədə Süleyman Kərimovun sərvəti 1,6 milyard dollar artıb və 24,7 milyard dollara çatıb. Qeyd edək ki, Vladimir Potaninin kapitalı 24,6 milyard dollar (+562 milyon dollar) dəyərində qiymətləndirilir.

Bildirildiyi kimi, Kərimov Rusiyanın milyarderləri arasında ilk dəfədir ki, birinci yer alır. Mütəxəssislərin fikrincə, bu artımın əsas səbəbi qızılın qiymətindəki yüksəliş olub. Belə ki, Kərimovun ailəsi “Plus” qızıl-mədən şirkətində 78,6%-lik paya sahibdir.