Aynişan da dəyişildi FOTOLAR+VİDEO

7 Avqust 2020 11:11 (UTC+04:00)

Müğənni Aynişan Quliyeva da imicində dəyişiklik etdirən həmkarlarının sırasına qoşulub. SİA-nın məlumatına görə, ifaçı saçlarını sarı rəngə boyatdırıb.

O, yeni görünüşdə kamera önünə keçərək video və şəkillər çəkdirib. Quliyeva həmin görüntüləri "İnstagram" səhifəsində yayımlayıb.

Onun sözügedən paylaşımı uğurlu olub. Belə ki, izləyicilər sənətçiyə xoş sözlər yazıblar.