Fransada bankda insanları girov götürən silahlı şəxs polisə təslim olub

6 Avqust 2020 23:14 (UTC+04:00)

Fransanın Havr şəhərində silahlı şəxs bankda insanları girov götürüb.

SİA xəbər verir ki, bu barədə “Figaro” nəşri məlumat yayıb.

Məlumata görə, iki nəfər binanı tərk edə bilib və hazırda içəridə dörd girov var. Bildirilir ki, 34 yaşlı psixoloji problemləri olan silahlı kişi Havrın mərkəzində, Strasbur bulvarındakı bank filialına daxil olub və tələb irəli sürüb. Tələbin təfərrüatları hələlik açıqlanmır.

Bank binası mühasirəyə alınıb, hadisə yerinə terrorçuluqla mübarizə üzrə xüsusi təyinatlı polis bölmələri gəlib. Danışıqlardan sonra əvvəlcə daha iki nəfər şəxs girovluqdan azad olub.

Ardınca silahlı şəxs girov saxladığl sonuncu iki nəfəri də azad edərək polisə təslim olub. Girovlardan heç birində xəsarət aşkarlanmayıb.

“BFMTV” telekanalının məlumatına görə, şübhəli şəxs psixi problemləri olan və bir sıra qanun pozuntularına görə polis tərəfindən tanınan 34 yaşlı yerli sakindir.