İctimai nəqliyyatda sıxlıq arzuolunmaz nəticələr verə bilər

6 Avqust 2020 17:37 (UTC+04:00)

Dünyanı cənginə alan koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri dünya ölkələrinin əsas hədəflərindən olaraq qalmaqdadır. Fakt budur ki, pandemiya çoxsaylı insan ölümünə səbəb olmaqla yanaşı, əksər ölkələrə sosial-iqtisadi problemlərdə yaradıb. Bu arada ÜST-in Baş katibi Tedros Adanom Gebreisus yeni növ koronavirus (COVID-19) pandemiyasının ikinci dalğası ilə bağlı xəbərdarlıq edir.

Tedros Gebreisus bildirib ki, payızda koronavirusun ikinci dalğası gözlənilir və bu, daha öldürücü ola bilər. Bu baxımdan demək olar ki, ehtiyatlı tədbirləri daha da genişləndirmək vacibdir.

Düzdür ölkəmizdə pandemiyanın yayılması Prezident İlham Əliyev tərəfindən lazımi tədbirlər görülməsi nəticəsində qarşısı alındı. Artıq sağalanların sayı virusa yoluxanların sayını üstəməkdədir. Ancaq bununla belə arxayınlaşmaq olmaz. Bu heç də koronavirus təhlükəsinin aradan qaldırıldığı anlamı yaratmamalıdır. Xüsusi ilə də, avqustun 5-dən karantin qaydalarında yumşalamalar həyata kemirilir.

Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərara əsasən, mövcud sanitar-­epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olundu. Çimərliklərə getmək qadağası aradan qaldırıldı. Karantin rejiminin yumşaldılması araxayınçılıq yaratmamalıdır. Vətəndaş məsuliyyətini dərk etməli maska taxmalı, sosial məsafə qaydalarına riayət etməlidir. Yəni hər vətəndaş pandemiya dövründə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Söz yox ki, xüsusi karantin qaydalarına əməl olunmaması insanların sağlamlığının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin səmərəliliyini təhlükə altında qoya bilər. Düzdür bəzi şəxslər iddia edirlər ki, onlara virusa yoluxmaq riskindən sığortalanmaq çətindir. Səbəb kimi də, işə gedib, gələrkən ictimai nəqliyyatda həddən artıq sərnişin sıxlığının olması göstərilir. Bəlkədə, bu məsələni qaldıranlar haqlıdırlar. O mənada ki, insanların mənzil başına daşınmasında əsas nəqliyyat vasitəsi hesab olunan metronun karantin dövründə işləməməsi sərnişləri avtobusların ümidinə qoyub ki, avtobuslarda ictimai təlabatı ödəmək imkanına malik deyil.

Rəsmilərin açıqlamasına görə, avqustun 31-ə qədər metronun açılması gözlənilmir. Bu isə avtobuslarda yaranan sıxlığın davam edəcəyindən xəbər verir. Maraqlı və diqqət çəkəkən məqam ondan ibarətdir ki, dayanacaqlarda avtobuslara minənlər heç bir sosial məsafə gözləmir, sanitar-epidamaloji qaydalara da riayət etmirlər. Maska taxmadan avtobuslara minələr də az deyil. Bu yazının müəllifi də işdən çıxıb, evə gedərkən avtobuslara minmək üçün sərnişlərin necə biri- digərinə imkan vermədən avtobusa mindiklərini gördükdə, virisa yoxluqmaq təhlükəsinin qaçılmaz olduğunu hiss etdiyimdən çox narahatlıqlar keçirdim. Öz-özümə düşündüm. əcaba, bu insanlar virusa yoluxmaq təhlükəsini hiss etmirlərmi? Və ya Baklı nəqliyyat agentliyinin rəhbərliyi basa-basla avtobuslara minən insanları görümürlərmi? Niyə nəqliyyət agentliyi insanların virusa yoxlumamaları üçün avtobus sayını artırmırlar? Bəzən dayanacaqlarda sərnişin sıxlığı olduğundan, avtobuslara minmək çətinləşir. 45-50 dəqiqə günəşin yandrıcı şüası altında qalıb, avtobusa minməyə can atanlar var. Hesab edirəm ki, bu cür hallar arzuolunmaz nəticələr verə bilər. Yəni avtobuslarda sosial məsafənin gözlənilməməsi yenədə koronavirusa yoluxma faizini artıra bilər. Hesab edirəm ki, Nazirlər Kabineti yanında operativ qərargahın bir daha sərnişin daşıma məsələsinə baxması vacibdir. Ya avtobusların sayı artırılmalı, yada metronun ən azı pik saatlarda açılması təmin olunmalıdır.

Sağlamlığımız və təhlükəsizliyimiz vacibbdir, dövlətimizdə buna uyğun qəralar verir, addımlar atır. Ancaq nəzərə almaq lazımdır ki, hər kəs səhər evindən çıxıb, işə getdiyi kimi, axşam mənzil başına çatmağa tələsir. Bu halda avtobuslarda sıxlıq yaşanırsa sağlamlııq təhllükə altına düşür. Bununla da dövlətimizin aylarla çəkdiyi zəhmət, gördüyü xoşməramlı işlər heçə enmiş olur.

Zakir Rəhimli