“YARAT” uşaqlar üçün növbəti dəfə virtual sərgi açacaq

6 Avqust 2020 17:17 (UTC+04:00)

“YARAT” Müasir İncəsnət Məkanının təşkilatçılığı ilə bu həftənin şənbə və bazar günləri uşaqlar üçün “Virtual Artım” sərgisi həyata keçirəcək. SİA-nın məlumatına görə, layihə çərçivəsində uşaqlara yeni sərgi ilə tanış olmaq, öz robot- avatarlarını yaratmaq, habelə əsərlərini hazırlayıb, izləyicilərlə bölüşmək şansı veriləcək.

Qeydiyyat və virtual məkanın tətbiqindən istifadə barəsində məlumat üçün 0502469292 nömrəsinə bazar ertəsindən cümə gününə kimi saat 10:00-18:30-dək müraciət etmək olar.

Layihənin moderatoru Mina Abbasovadır.