Dünyada COVID-19-a yoluxanların sayı 19 milyonu keçib

6 Avqust 2020 15:41 (UTC+04:00)

Dünya üzrə COVID-19-a yoluxanların sayı 19 milyonu keçib. SİA xəbər verir ki, hazırda dünya üzrə virusa yoluxanların ümumi sayı 19 006 692 nəfər olub.

Məlumata əsasən koronavirusdan ölənlərin sayı 711 876, xəstəlikdən sağalanların sayı 12 193 573 nəfərə çatıb.

Qeyd edək ki, koronavirusa yoluxma sayı ən yüksək olan ölkələr ABŞ, Braziliya və Hindistandır.