Polşada koronavirusa rekord sayda yoluxma qeydə alınıb

6 Avqust 2020 15:20 (UTC+04:00)

Polşada sutka ərzində rekord sayda koronavirusa yoluxma qeydə alınıb. Ötən gün Polşada 726 nəfər virusa yoluxub.

Bundan əvvəlki rekord bu həftənin əvvəlində qeydə alınmışdı. Avqustun 4-də ölkədə 680 nəfər koronavirusa yoluxmuşdu.

Bu günədək ölkədə virusa yoluxanların sayı 49 515 nəfərə çatıb, onlardan 1 774 nəfəri ölüb.