Yerevan şəhərinin sabiq meri həbs edilib

6 Avqust 2020 14:43 (UTC+04:00)

Yerevan şəhərinin sabiq meri və İctimai Xidmətlərin Tənzimləmə Komissiyasının sabiq sədri Robert Nazaryan tutulub. SİA xəbər verir ki, R. Nazaryan başladılan cinayət işi çərçivəsində tutulub.

Ermənistan KİV-in məlumatına görə, R. Nazaryandan tutulmazdan əvvəl sabiq prezident Serj Sarkisyanın əleyhinə ifadə vermək tələb olunub. R. Nazaryan isə bundan imtina edib.

Qeyd edək ki, R. Nazaryan 2003-cü ildən 2018-ci ilə qədər İctimai Xidmətlərin Tənzimləmə Komissiyasının sədri vəzifəsində çalışıb. Buna qədər isə iki il paytaxtın meri olub.