Lənkəran sakininin 70 min manatlıq qızılını aparanlar tutuldu

6 Avqust 2020 14:21 (UTC+04:00)

Quldurluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini N.Xəlilov, Masallı rayon sakinləri, İ.Məmmədli və Z.Hüseynzadə saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə avqustun 1-də saat 7 radələrində “VAZ-2106” markalı avtomobildə gəlmiş 2 nəfərin şəhər sakini T.Fətullazadəni döyüb içərisində 60000-70000 manat dəyərində qızıl-zinət əşyaları olan çantasını almaları barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tətrəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Xəlilov, Masallı rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - İ.Məmmədli və Z.Hüseynzadə polis əməkdaşları tərəfindən saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.