Goranboyda qadın qətlə yetirildi

6 Avqust 2020 14:09 (UTC+04:00)

Goran qəsəbə sakini Gülbuta İmanovanı odlu silahdan açılmış atəş nəticəsində qətlə yetirməkdə şübhəlibilinən Qazançı kənd sakini Q.Zamanov tutulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Goranboy Rayon Polis Şöbəsinə avqustun 5-də saat 23 radələrində Goran qəsəbə sakini Gülbuta İmanovanın odlu silahdan açılmış atəş nəticəsində qətlə yetirilməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə cinayətin Qazançı kənd sakini Q.Zamanov tərəfindən münaqişə zəminində ov tüfəngindən atəş açılaraq törədilməsi müəyyən edilib.

Əməliyyat –axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Q.Zamanov tutulmuş, ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-32” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.