Avtomobil piyadanı vuraraq öldürdü

6 Avqust 2020 13:36 (UTC+04:00)

Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, avqustun 5-də saat 20 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Həsənli idarə etdiyi “VAZ-21705” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bəşir Bəşirovu vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.