Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri davam edir FOTO

6 Avqust 2020 12:47 (UTC+04:00)

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, təlimlərin ssenarisinə uyğun olaraq bölmələr zirehli texnika və helikopterlərin istifadəsi ilə müxtəlif döyüş elementlərini, eləcə də digər təlim-döyüş tapşırıqlarını icra ediblər.