Sosial həssas qrupa aid tələbələrin sayının artırılmasına yenidən baxıla bilər

6 Avqust 2020 12:44 (UTC+04:00)

“Sosial həssas qrupa aid olan tələbələrin sayının artırılması məsələsinə Təhsil Nazirliyi ilə birgə baxa bilərik”. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Maliyyə nazirinin müavini Azər Bayramov deyib.

O bildirib ki, bu tələbələr xüsusi kriteriyalar əsasında müəyyənləşib.