ABŞ-da son 24 saatda koronavirusdan 1399 nəfər ölüb - COVİD-19

6 Avqust 2020 12:04 (UTC+04:00)

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 57 min 540 yoluxma aşkarlanıb. SİA-nın məlumatına görə, açıqlanan rəsmi mlumatlara əsasən ABŞ-da son 24 saatda virus səbəbindən 1 min 399 nəfər ölüb.

Artıq ABŞ-da 4 milyon 771 min 519 nəfər COVID-19-a yoluxub, onlardan 156 min 839 nəfər həyatını itirib.