KİVDF-nin icraçı direktoruna AĞIR İTKİ

6 Avqust 2020 09:58 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Əhməd İsmayılova ağır itki üz verib. Ə.İsmayılovun atası Məhəmməd müəllim dünən Bakıda dünyasını dəyişib.

Xəbər verilir ki, mərhum bu gün Göyçayda dəfn olunacaq.

Allah rəhmət eləsin!