Sumqayıtda “Lada Priora” markalı avtomobil qəfildən alışıb və partlayıb

6 Avqust 2020 02:43 (UTC+04:00)

Sumqayıt şəhərinin 14-cü məhəlləsində, Nəriman Nərimanov küçəsində yanğın qeydə alınıb.

SİA xəbər verir ki, şəhər sakinlərindən birinə məxsus olan “Lada Priora” markalı avtomobil qəfildən alışıb və nəqliyyat vasitəsində partlayış baş verib.

Əraziyə yanğınsöndürənlər cəlb olunub və yanğının qarşısı alınıb. Avtomobilə ciddi ziyan dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.