Suriyanın şimal-şərqində yerləşən Haseke əyalətindəki qeyri-qanuni ABŞ hərbi bazası raket atəşinə tutulub.
SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Suriyanın “Al-Watan” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Əl-Şəddadi şəhərində qanunsuz yerləşdirilən ABŞ hərbi bazasına naməlum şəxslər tərəfindən atəş açılıb.